Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Qara Zəncir kəndi ərazisində yol-nəqliyyat hadisəsi

19.11.2010

Noyabrın 19-da saat 21.30 radələrində Cəlilabad rayonunun Qara Zəncir kəndi ərazisində Sabirabad kənd sakini Namiq Babayev idarə etdiyi "VAZ-2106" markalı avtomaşını qarşıda gedən Qobustan rayon sakini Mirqalib Əliyarovun idarə etdiyi "KamAZ" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış N.Babayev və sərnişini, həmyerlisi Elnar Məmmədov hadisə yerində ölmüşlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

19.11.2010 tarixinə olan kriminal məlumatlar