DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 20 cinayət faktı qeydə alınmışdır

04.06.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 8 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır. Gün ərzində 13 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 6 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.