Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar rayonu ərazisində yol-nəqliyyat hadisəsi

14.11.2010

Saat 08.10 radələrində Ucar rayonu ərazisində, Sumqayıt şəhər sakini Ariz Vəliyevin  idarə etdiyi "VAZ-2107" markalı və Tərtər rayon sakini Elman Süleymanovun idarə etdiyi "VAZ-2102" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, xəsarət almış E.Süleymanov və sərnişini Tərtər rayon sakini Qəmbər Quliyev, habelə A.Vəliyevin sərnişini Sumqayıt şəhər sakini Tahir Vəliyev xəstəxanaya yerləşdirilmişlər. T.Vəliyev orada ölmüşdür.