DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu D.Əliyev küçəsində 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində partlayış baş vermişdir

04.06.2006

Saat 01:00 radələrində, Nəsimi rayonu D.Əliyev küçəsində, 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində, Emin Hüseynov tərəfindən icarəyə götürülmüş otaqda partlayış baş vermişdir. Nəticədə otağın qapısı və asma tavanı dağılmış, yolun kənarında dayanmış "BMW" markalı və "VAZ-21011" markalı avtomaşınlara ziyan dəymiş, xəsarət almış E.Hüseynov və Bakı şəhər sakinləri Mahir Cabbarov, Kamran Kərimov, Hüseyn Cavadzadə, Əşrəf Qasımov və Ramin Hüseynov xəstəxanaya yerləşdirilmişlər.