Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Məhərrəmov tutulmuşdur

12.11.2010

Noyabrın 11-də saat 22.20 radələrində Yasamal rayonu ərazisindəki Ə.Haqverdiyev küçəsində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Səadət İsmayılova vurulmuşdur. Nəticədə xəsarət almış S.İsmayılova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Chevrolet" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Tural Məhərrəmov tutulmuşdur.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

12.11.2010 tarixinə olan kriminal məlumatlar