Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

12.11.2010

Noyabrın 12-də saat 16.00 radələrində Şəmkir rayonu ərazisində rayon sakini Yaşar Xəlilovun idarə etdiyi "QAZ-3110" markalı avtomaşınla Bakı şəhər sakini Süleyman Muradovun idarə etdiyi "Daewoo" markalı avtobus toqquşmuşdur. Nəticədə Y.Xəlilov və sərnişini, həmyerlisi Mürsəl Rüstəmov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Faiq Məmmədov, Xanlar Bayramov və Binnət Rüstəmov isə xəstəxanaya yerləşdirilmişlər. F.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

12.11.2010 tarixinə olan kriminal məlumatlar