Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tahir Əliyevdən 30 qram heroin və 5 ədəd saxta 100 dollarlıq əskinaslar götürülmüşdür

04.06.2006

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Əliyevdən 30 qram heroin və 5 ədəd saxta 100 dollarlıq əskinaslar götürülmüşdür. T.Əliyevə narkotik vasitəni satmış, Cinayət Məcəlləsinin 234-cü (narkotiklərlə əlaqədar) maddəsilə axtarışda olan Şahin Əliyev tutulmuş, ondan 2 qram heroin götürülmüşdür.