Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İtkin düşmüş Xızı rayonunun Şurabad kənd sakini Gülağa Nəcəfov qətlə yetirilməsi müəyyən edilmişdir

11.11.2010

Cari il iyulun 14-də Xızı rayonunun Şurabad kənd sakini Gülağa Nəcəfov itkin düşmüşdür.
Xızı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il iyulun 15-də H.Z.Tağıyev qəsəbəsində G.Nəcəfovun arvadı Hicran Rəşidova və qardaşı Elçin Nəcəfov tərəfindən kirayədə yaşadıqları evdə boğma yolu ilə qətlə yetirilməsi, cəsədinin isə həyətdə torpağa basdırılması müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Nəcəfov tutulmuş, Hicran Rəşidovanın tutulması üçün tədbirlər davam etdirilir.

11.11.2010 tarixinə olan kriminal məlumatlar