Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi

09.11.2010

Noyabrın 9-da saat 20.00 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində rayon sakinləri Köçəri Rüstəmovun idarə etdiyi "VAZ-21074" markalı, Zaur Rüstəmovun idarə etdiyi "VAZ-2107" markalı və Yardımlı rayon sakini Cəbrayıl Babayevin idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə C.Babayev və sərnişini, həmyerlisi Cəlil Əliyev, K.Rüstəmovun sərnişinləri, həmyerliləri Əsra Bayramova, Alim Seyfullayev hadisə yerində ölmüş, xəsarət almış C.Bayramov və sərnişini, həmyerlisi Nərminə Babayeva, habelə K.Rüstəmov və sərnişinləri, azyaşlı uşaqları Nihad və Fərhad, Nuranə Şahmarova, Gülər Bayramova, eləcə də Z.Rüstəmov və sərnişinləri, oğlu İsrail və Ruhiyyə Niftəliyeva xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

09.11.2010 tarixinə olan kriminal məlumatlar