Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 28 cinayət faktı qeydə alınmışdır

02.06.2006

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 28 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır. Gün ərzində 1 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 26 nəfər tutulmuşdur.