Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonunun Talıstan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

08.11.2010

Noyabrın 8-də saat 19.20 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində, İsmayıllı kənd sakini Rasim Şahməmmədov idarə etdiyi "Ford" markalı  avtomaşını ağaca vurmuşdur. Nəticədə sərnişinləri, İsmayıllı rayon sakinləri Azər Babayev, Akif Sədiyev, Ədalət Piriyev, Ülfət Məlikov hadisə yerində ölmüş, xəsarət almış R.Şahməmmədov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

08.11.2010 tarixinə olan kriminal məlumatlar