Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 22 cinayət faktı qeydə alınmışdır

07.11.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 22 cinayət faktı qeydə alınmış, onların da 12-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 11 nəfər isə yaralanmışdır.
  • 10 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 10 nəfər tutulmuşdur.