Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

07.11.2010

Noyabrın 7-də saat 14.00 radələrində Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Cavanşir Səfərovun idarə etdiyi "Hyundai" markalı və həmyerlisi  Ceyhun Nəsibovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Nəsibov hadisə yerində ölmüş, habelə xəsarət almış C.Səfərov və sərnişinləri, oğlu Kənana, qohumları Şəhla Səfərovaya, Ofeliya Səfərovaya, Aslan Səfərova, Sevda Səfərovya və Sabir Səfərova ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.