Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 30 cinayət faktı qeydə alınmışdır

06.11.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 30 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
  • 5 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 5 nəfər yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 15 nəfər tutulmuşdur.

06.11.2010 tarixinə olan kriminal məlumatlar