Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

06.11.2010

Noyabrın 6-da saat 17.30 radələrində Mingəçevir şəhəri ərazisində Yevlax rayon sakini Anar Mustafayevin idarə etdiyi "Mercedes" markalı və Ağdam rayon sakini Rəşad Mehdiyevin idarə etdiyi "VAZ-21154" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Mustafayev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Yevlax rayon sakinləri Mikayıl Səmədov və Vilayət Səmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

06.11.2010 tarixinə olan kriminal məlumatlar