Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhərində yaşayan Yaqub Nəsibovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir

06.11.2010

Noyabrın 6-da saat 18.10 radələrində Gəncə şəhəri Səfəvilər küçəsi ev 4-də yaşayan Yaqub Nəsibovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə evin arakəsməsi çatlamış, 10 kvm. sahədə ev əşyaları yanmış, yanıq xəsarət almış Y.Nəsibov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.

06.11.2010 tarixinə olan kriminal məlumatlar