Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

“MUR-AY” MMC-yə qarşı cinayət işi başlanılıb

05.11.2010

Vətəndaşların çoxsaylı müraciəti əsasında “MUR-AY” MMC Tikinti Şirkəti tərəfindən Bakı şəhərində inşa olunan 414 mənzilli binada bir mənzilin 3 və daha artıq şəxsə satılması faktı üzrə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) maddəsi ilə cinayət işi başlanmışdır.
İş üzrə intensiv istintaq hərəkətləri aparılmaqla vətəndaşlara vurulmuş ziyanın ödətdirilməsi istiqamətində müvafiq tədbirlər görülür.