Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 34 cinayət faktı qeydə alınmışdır

04.11.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 34 cinayət faktı qeydə alınmış, onların da 20-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.
  • 6 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 19 nəfər tutulmuşdur.

04.11.2010 tarixinə olan kriminal məlumatlar