Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Nəzərbala Babayevin meyiti tapılmışdır

04.11.2010

Noyabrın 4-də saat 04.45 radələrində Abşeron RPŞ əməkdaşları tərəfindən Bakı-Quba yolunun 12-ci km-də üzərində zorakılıq əlamətləri olan Bakı şəhər sakini Nəzərbala Babayevin meyiti tapılmışdır.
Aparılımış araşdırmalar zamanı N.Babayevin Bakı şəhər sakinləri Sahib Əsgərəliyev, Sərxan Həsənov və Abşeron rayon sakini İlqar Dadaşovla birgə duz gölünün yaxınlığında yemək zamanı spirtli içki qəbul  etmələri, bundan sonra Sahib Əsgərəliyev tərəfindən idarə edilən Nəzərbalaya məxsus "VAZ-2101" markalı avtomaşında Bakı-Quba yolunun 12-ci km-də olarkən aralarında baş vermiş mübahisə ilə əlaqədar Sahib tərəfindən döyülərək düşürdülməsi, yıxıldıqdan sonra isə həmin avtomaşınla üstündən keçilməsi müəyyən edilmişdir.
Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əsgərəliyev tutulmuşdur.

04.11.2010 tarixinə olan kriminal məlumatlar