Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun İsgəndərli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

04.11.2010

Noyabrın 4-də saat 23.20 radələrində Masallı rayonunun İsgəndərli qəsəbəsi ərazisində rayon sakinləri Qadir Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı və Ramil Şəkərovun idarə etdiyi "VAZ-2101" markalı avtomaşınlar toqquşmuş, xəsarət alan olmamışdır. Lakin Çaxırlı kənd sakini Elxan Ağayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Q.Abdullayev və hadisə yerinə toplaşmış Masallı rayon sakinləri Hünər Həsənov, Rəşad Əkbərov və Tərlan Rəhmətov vurulmuşdur. Nəticədə xəsarət almış H.Həsənov, Q.Abdullayev, R.Əkbərov və T.Rəhmətov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.

04.11.2010 tarixinə olan kriminal məlumatlar