Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Pul və ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Habillanov və Əmrah Əliyev tutulmuşlar

04.11.2010

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da Şərəf Şirəliyevin mağazasından 130 manat pul və ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Habillanov və Əmrah Əliyev noyabr ayının 4-də tutulmuşlar.
O.Habillanovun və Ə.Əliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, noyabrın 4-nə keçən gecə Z.Bünyadzadə küçəsində Sabunçu qəsəbə sakini Əzizağa Mahmudova məxsus mağazadan pəncərədən girmək yolu ilə ərzaq mallarını da oğurlamaları müəyyən edilmişdir.

04.11.2010 tarixinə olan kriminal məlumatlar