Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülmüşdür

01.06.2006

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Yalama dəmir yolu stansiyasında, Bakıdan Sankt-Peterburqa gedən sərnişin qatarının 6-cı vaqonunun 3-cü kupesində 11 kiloqram 10 qram həşiş aşkar edilərək götürülmüşdür. Narkotik vasitənin sahibinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Saray qəsəbə sakini Hüseyn İbrahimovdan 0,524 qram, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Z.Tağıyev qəsəbə sakini Kərim Kərimovdan 0,207 qram heroin götürülmüşdür.