Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayon sakinləri Xəyal Süleymanov və Rövşən Əhmədov tutulmuşlar

03.11.2010

Noyabrın 2-də saat 23.30 radələrində Bərdə rayonu ərazisində naməlum şəxslər Qaraqoyunlu kənd sakini Cəlal Baxşəliyevə və Tovuz rayon sakini Cavanşir Əliyevə qarşı zor tətbiq edərək onlardan 57 manat pul və 1 ədəd mobil telefon almışlar.
Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakinləri Xəyal Süleymanov və Rövşən Əhmədov tutulmuşlar. Aparılmış araşdırmalar zamanı X.Süleymanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.

03.11.2010 tarixinə olan kriminal məlumatlar