Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

03.11.2010

Noyabrın 3-də saat 20.30 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Əhməd Cabbarovun idarə etdiyi “Hyundai” markalı, Akif Allahverdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış A.Allahverdiyev və sərnişinləri, Beyləqan rayon sakini Şaməddin Cəfərov və şəxsiyyətləri hələlik müəyyən edilməmiş 30-35 yaşlarında 2 kişi hadisə yerində ölmüş, habelə Ə.Cabbarov və sərnişinləri, həmyerliləri İslam Pişev, Atabəy Quliyev, Elmar Vəliyev və Fikrət Quliyev isə xəstəxanaya yerləşdirilmişlər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

03.11.2010 tarixinə olan kriminal məlumatlar