Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini Telman Məmmədov tutulmuşdur

02.11.2010

Noyabrın 2-də Gəncənin Nizami rayonu ərazisində sərxoş halda olan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar Telman Məmmədov və Elmir Əsədov borc pul ilə əlaqədar həmyerliləri Səbuhi Məmmədzadəyə məxsus 1 mərtəbəli 5 otaqlı evi  yandırmış və "VAZ-2107" markalı avtomaşında hadisə yerindən qaçmışlar. Nəticədə 3 otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmışdır.
Nizami (Gəncə) RPŞ əməkdaşları tərəfindən S.Məmmədzadənin həyətinə baxış keçirilmiş, oradan 1 ədəd qumbara aşkar edilərək götürülmüşdür.
T.Məmmədovun və E.Əsədovun tutulması üçün həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Telman avtomat silahdan atəş açmış və onlar avtomaşını hadisə yerində ataraq qaçmışlar. Xəsarət alan olmamışdır.
Avtomaşına baxış keçirilən zaman 1 ədəd qumbara, 120 ədəd güllə, 1 ədəd zirehli gödəkçə aşkar edilərək götürülmüşdür.
Nizami RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Məmmədov Gəncə şəhərinin ərazisində tutulmuş və ondan 1 ədəd "AKM" markalı silah, 1 ədəd qumbara və 1 ədəd güllə darağı götürülmüşdür.

02.11.2010 tarixinə olan kriminal məlumatlar