Quldurluq etmiş Lənkəran şəhər sakini İlkin Məmmədov tutulmuşdur
02.11.2010Noyabrın 2-də saat 14.20 radələrində Lənkəran şəhəri ərazisində, naməlum şəxs Mirabbas Abbasova məxsus zərgərlik məmulatlarının satışı mağazasına gəlib, oranın satıcısı Səadət Babayevaya bıçaqla xəsarət yetirərək 3 ədəd qızıl boyunbağı aparmışdır. Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Məmmədov tutulmuşdur.