Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi

02.11.2010

Noyabrın 2-də saat 23.20 radələrində Nəsimi rayonunun Azadlıq prospektində, Bakı şəhər sakini Elməddin Abbasov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Şaiq Abışova məxsus "Toyota-Prado" markalı və Esmira Qasımovaya məxsus "Toyota-Prado" avtomaşınlara vurmuşdur. Nəticədə xəsarət almış E.Abbasov və sərnişinləri - Bakı şəhər sakinləri Sadıq Şamiyev, Raqil Quliyev və Tovuz rayon sakini Qurban Muradov xəstəxanaya yerləşdirilmişlər. Q.Muradov və R.Quliyev xəstəxanada ölmüşlər.

02.11.2010 tarixinə olan kriminal məlumatlar