Gün ərzində 31 cinayət faktı qeydə alınmışdır
01.11.2010Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayət faktı qeydə alınmış, onların da 8-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
- 5 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 21 nəfər tutulmuşdur.