Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa cəhd göstərmiş Xızı rayon sakini Valentin Stavçev saxlanılmışdır

01.11.2010

Noyabrın 1-də saat 23.52-də Zabrat qəsəbə sakini Amil Məmmədov polisə zəng edərək Yasamal rayonu ərazisindəki Ş.Qurbanov küçəsində mühafizə etdiyi tikinti sahəsindən oğurluq edən şəxsi saxlaması barədə məlumat vermişdir.
Dərhal hadisə yerinə Yasamal RPİ PPX-nin əməkdaşları göndərilmiş və saxlanılan şəxs 27-ci PB-nə aparılmışdır.
Araşdırmalar zamanı oğurluğa cəhd göstərmiş şəxsin Xızı rayon sakini Valentin Stavçev olması müəyyən edilmişdir.