Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi

29.10.2010

Oktyabrın 30-da saat 19.30 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Bakı şəhər sakini  Aqil Kərimovun idarə etdiyi "KamAZ" markalı və həmyerlisi Xalid Əhmədovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış X.Əhmədov hadisə yerində ölmüş, sərnişinləri, həmyerliləri Fazilə Əhmədova və Barat Fərmanov, habelə A.Kərimov xəstəxanaya yerləşdirilmişlər. F.Əhmədovanın və B.Fərmanovun vəziyyətləri orta-ağır, A.Kərimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

29.10.2010 tarixinə olan kriminal məlumatlar