Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Elsevər Məmmədovun digər cinayət əməli müəyyən edilmişdir

29.10.2010

Binəqədi RPİ 4-cü PB əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Elsevər Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Biləcəri qəsəbə sakinləri Ziya Rəhimli və Məmməd Əliyevlə birgə 2010-cu ilin sentyabr ayının 15-də Səbail  rayonu ərazisində yaşayan tanışları Bibixanım Mikayılovanın evində olarkən onun əl-ayağını bağlayaraq mobil telefon və qızıl əşyalarını aparmaları da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Rəhimli və M.Əliyev tutulmuşlar.

29.10.2010 tarixinə olan kriminal məlumatlar