Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar rayon sakini Əli Salmanov oğurluq edərkən yaxalanmışdır

28.10.2010

Oktyabrın 29-da saat 04.33 radələrində Bakının Nizami rayon sakini İlqar Əhmədov polisə zəng edərək Naxçıvanski küçəsində yaşayan qonşusunun mənzilinə oğurluğa girmiş şəxsi tutub saxlamaları barədə məlumat vermişdir.
Dərhal hadisə yerinə Post-Patrul Xidməti əməkdaşları göndərilmiş və saxlanılan şəxs Nizami RPİ 24-cü PB-nə təhvil verilmişdir.
Aparılmış araşdırmalar zamanı Vaqif Şirəliyevin mənzilinə girmiş Ucar rayon sakini Əli Salmanovun oradan 160 manat pul, 1 ədəd mobil telefon və danışıq kartları oğurlayıb gedərkən evin sahibi və onun qonağı, Əfqanıstan vətəndaşı Nadir Səyyad tərəfindən saxlanılması və bu zaman Nadir Səyyadın baş nahiyəsindən xəsarət alması müəyyən edilmişdir. Nadir Səyyada xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır.