Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluğu etməkdə şübhəli bilinən Bakı şəhər sakini Mirzə İsmayılov və Şəmkir rayon sakini Rüfət Vəliyev tutulmuşlar

28.10.2010

Oktyabrın 29-da Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Azər Süleymanova məxsus "VAZ-2107" markalı avtomaşının təkərləri sökülərək oğurlanmışdır.
Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar, Bakı şəhər sakini Mirzə İsmayılov və Şəmkir rayon sakini Rüfət Vəliyev tutulmuşlar.
M.İsmayılovun və R.Vəliyevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində  onların oktyabrın 22-də Ehtiram Quliyevə, oktyabrın 27-də Mais Zahidova və Hümbət İmaməliyevə məxsus avtomaşınlardan da oğurluq etmələri müəyyən edilmişdir.