Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi

27.10.2010

Oktyabrın 28-də saat 07.00 radələrində Qobustan rayonu ərazisində Nərimanabad kənd sakini İman Baxışovun idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini İlqar Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Baxışov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, həmkəndlisi Rəşad Musayev, habelə İ.Əhmədov və sərnişinləri, qızı Əfsanə və arvadı Xəyalə xəstəxanaya yerləşdirilmişlər. Əfsanə orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

27.10.2010 tarixinə olan kriminal məlumatlar