Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Suraxanı qəsəbə sakini V.Ələkbərovun avtomaşınından oğurluğa cəhd göstərmiş 3 nəfərdən biri tutulmuşdur

27.10.2010

Oktyabrın 28-də Suraxanı qəsəbə sakini Vəli Ələkbərov polisə zəng edərək "VAZ-21011" markalı avtomaşınından maqnitofonunu sökməyə cəhd göstərmiş 3 nəfərdən birini tutması barədə məlumat vermişdir.
Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin şəxsin Qaraçuxur qəsəbə sakini Elməddin Səfərəliyev olması müəyyən edilmişdir.
E.Səfərəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, oktyabr ayının 22-də Suraxanı qəsəbə sakini Rəfael Babıçevə məxsus "VAZ-2107" markalı avtomaşından da maqnitofonunu və səsgücləndiricilərini sökərək oğurlaması müəyyən edilmişdir.

27.10.2010 tarixinə olan kriminal məlumatlar