Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Axtarışda olan Şahmar Əhmədov tutulmuşdur

26.10.2010

Oktyabrın 27-də Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Şahmar Əhmədov tutulmuşdur. Yaxalanan zaman Ş.Əhmədov polis əmakdaşlarına qarşı müqavimət göstərmiş və bıçaqla özünə  xəsarətlər yetirmişdir.
Ş.Əhmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun oktyabrın 10-da Bakının Nərimanov rayonu ərazisində Murad Nəcəfovu bıçaqla hədələyərək 80 manat pul və danışıq kartları alması, habelə Nəriman Məmmədova məxsus mağazadan 300 manat pul və 700 manat dəyərində danışıq kartları oğurlaması da müəyyən edilmişdir.

26.10.2010 tarixinə olan kriminal məlumatlar