Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

26.10.2010

Oktyabrın 27-də saat 09.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində “Yeni Çağ” qəzetinin baş redaktoru, Xırdalan şəhər sakini Aqil Fərəcov idarə etdiyi “Nissan-Tiida” markalı avtomaşını aşırmışdır.
Nəticədə xəsarət almış sərnişin, “Milli yol” qəzetinin redaktoru, Neftçala rayon sakini Şahin Ağabəyli xəstəxanaya aparılarkən yolda ölmüşdür. A.Fərəcovun özü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.
DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.

26.10.2010 tarixinə olan kriminal məlumatlar