Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mağazadan oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini Ramil Əhmədov tutulmuşdur

25.10.2010

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Q.Davidova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Əhmədov tutulmuş, həmyerlisi  Ravil Cəfərov isə müəyyən edilmişdir.
R.Əhmədov və R.Cəfərovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 23-də Xətai rayonu M.Hadi küçəsində Bakı şəhər sakini Gülnarə Vəliyevaya məxsus içərisində 1 ədəd mobil telefon, 12 manat pul və şəxsi əşyaları olan çantasını, oktyabrın 26-da isə Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisindəki Şəhla Əmiraslanovaya məxsus aptekdən 4 manat və 10 rus rublunu oğurlamaları da müəyyən edilmişdir.

25.10.2010 tarixinə olan kriminal məlumatlar