Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quba rayonunun Küsnət kəndi ərazisində yol-nəqliyyat hadisəsi

25.10.2010

Oktyabrın 26-da saat 20.30 radələrində Quba rayonunun Küsnət kəndi ərazisində Kübçal kənd sakini İbrət Baxışov idarə etdiyi "QAZ-24" markalı avtomaşını yolun kənarında dayanmış kənd sakini Əsəd Şıxməmmədova məxsus "QAZ-66" markalı avtomaşına vurmuşdur. Nəticədə İ.Baxışov və sərnişini, həmkəndlisi Vahid Şıxverdiyev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri, Qəçrəş kənd sakinləri Lalə Tapdıqova, Qurban Tapdıqov, Dağlı kənd sakini Natiq Vəliməmmədov isə xəstəxanaya yerləşdirilmişlər. N.Vəliməmmədov orada ölmüşdür.
Quba RPŞ tərəfindən araşdırma aparılır.

25.10.2010 tarixinə olan kriminal məlumatlar