Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini R.Allahverdiyevə məxsus avtomaşını qaçırmış E.Mirzəyev və R.Məmmədov tutulmuşlar

24.10.2010

Oktyabrın 25-də Yeni Yasamal-1 yaşayış sahəsindən Bakı şəhər sakini Ramil Allahverdiyevə məxsus "Mercedes" markalı avtomaşın qaçırılmışdır.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Ağcabədi rayon sakini Elvin Mirzəyev və Beyləqan rayon sakini Ramil Məmmədov tutulmuşlar.
E.Mirzəyevin və R.Məmmədovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 24-də Elman Quliyevə məxsus mikroavtobusu, habelə oktyabr ayında M.Ə.Rəsulzadə qəsəbə sakini Qəhrəman Cəfərova məxsus "QAZ-53" markalı avtomaşını oğurlamaları da müəyyən edilmişdir.

24.10.2010 tarixinə olan kriminal məlumatlar