Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kürdəmir rayonunun Atakişili kəndi ərazisindəki yeməkxanadan oranın sahibi Rasim Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir

22.10.2010

Oktyabrın 22-də saat 22.30 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisindəki yeməkxanadan oranın sahibi Rasim Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmişdir.
Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Atakişili kənd sakini, sərxoş halda olan Rahim İslamov tərəfindən mübahisə zəminində törədilməsi müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Kürdəmir RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.