Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay rayon Çərəkə kənd sakini Urfan Bədirovdan və Ucar rayon sakini İsrafil Məmmədlidən qanunla qadağan olunmuş dini təriqəti təbliğ edən vasitələr götürülmüşdür

22.10.2010

Oktyabrın 22-də Göyçay rayonu R.Rza küçəsindəki 5 №-li orta Məktəbin yaxınlığında Çərəkə kənd sakini Urfan Bədirovun və Ucar rayon sakini İsrafil Məmmədlinin qanunla qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edən kitablar satmaları müəyyən edilmişdir.
Göyçay RPŞ əməkdaşları tərəfindən U.Bədirovdan və İ.Məmmədlidən 10 ədəd qanunla qadağan olunmuş dini kitab götürülmüş və barələrində İnzibati Xətalar Məcəlləsinin 300.0.3-cü maddəsi ilə protokol tərtib edilmiş, müvafiq tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilmişdir.