Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mağazadan oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Ravil Cəfərov və Ramil Əhmədov tutulmuşlar

20.10.2010

DİN Baş Mühafizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Firdovsi Əhmədova məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ravil Cəfərov və Ramil Əhmədov tutulmuşlar.
R.Əhmədovun və R.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 18-də Sumqayıt şəhər sakini Təvəkkül Hüseynova məxsus aptekdən dərman pereparatları, habelə oktyabrın 20-də Bakı şəhərinin Naxçıvanski küçəsindəki bazarda paytaxt sakini Mələk Əmrahovaya məxsus içərisində 42 manat pul, mobil telefon və bankomat kartı olan çantanı oğurlamaları da müəyyən edilmişdir.

20.10.2010 tarixinə olan kriminal məlumatlar