Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakini Əmrah Əliyev tutulmuşdur

17.10.2010

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Bakıxanov qəsəbə sakini Sarvan İbiyevə məxsus mağazadan 31 manat pul və danışıq kartları oğurlamaqda şübhəli bilinən Sabunçu qəsəbə sakini Əmrah Əliyev tutulmuşdur.
Ə.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun həmin gün Bakıxanov qəsəbə sakini İlqar Əzizovun idarə etdiyi "İSUZU" markalı avtomaşından 29 manat pul oğurlaması da müəyyən edilmişdir.