Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 29 cinayət faktı qeydə alınmışdır

16.10.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 29 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
  • 3 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.

16.10.2010 tarixinə olan kriminal məlumatlar