Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Liman şəhər sakinləri A.Həbibova və K.Səlimova bıçaqla xəsarət yetirməkdə şübəli bilinən K.Eyvazov və R.Ağamoğlanov tutulmuşlar

16.10.2010

Oktyabrın 11-də saat 02.30 radələrində Lənkəran şəhərinin Liman şəhəri ərazisində naməlum şəxs münaqişə zəminində şəhər sakinləri Anar Həbibova və Kamran Səlimova bıçaqla xəsarət yetirmişdir. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Həbibov orada ölmüş, K.Səlimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübəli bilinən Kamal Eyvazov və hadisənin törədilməsində iştirakı ehtimal olunan Lənkəran şəhər sakini Ramin Ağamoğlanov tutulmuşlar.

16.10.2010 tarixinə olan kriminal məlumatlar