Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yeni Suraxanı qəsəbəsi yaxınlığında yol-nəqliyyat hadisəsi

16.10.2010

Oktyabrın 17-də saat 00.20 radələrində Yeni Suraxanı qəsəbəsi yaxınlığında Sabunçu qəsəbə sakini Rəşad Abidovun idarə etdiyi "Mercedes" markalı və naməlum sürücünün idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan "BMV X-5" markalı avtomaşınlar toqquşmuş, sonradan "BMV X-5" markalı avtomaşında yanğın baş vermişdir. Nəticədə "BMV X-5" markalı avtomaşının sürücüsü və 1 qadın sərnişini (yanaraq), habelə R.Abidov hadisə yerində ölmüşlər.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində "BMV" markalı avtomaşının sürücüsünün Binə qəsəbə sakini Ayaz Avsuvarov, sərnişininin isə Bərdə rayon sakini Türkan Behbudova olmaları müəyyən edilmişdir.

16.10.2010 tarixinə olan kriminal məlumatlar