İsmayıllı rayon sakini Adil Süleymanov münaqişə zəminində qohumu Feyyaz Həmidovu ov tüfəngindən atəş açaraq qətlə yetirmişdir
25.05.2006İsmayıllı rayonunun Sulut kəndində, kənd sakini Adil Süleymanov sərxoş halda, münaqişə zəminində, dayısı oğlu Feyyaz Həmidovu ov tüfəngindən atəş açaraq qətlə yetirmişdir. İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Süleymanov tutulmuş, hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.