Azadlıq prospektində iki yol-qəza hadisə baş vermişdir
25.05.2006Saat 01:05 radələrində Azadlıq prospektində, Bakı şəhər sakini Vüqar Bayramovun idarə etdiyi "Mercedes" markalı və Şərur rayon sakini Qeysər Seyidovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, "VAZ-21011" markalı avtomaşında olan sərnişinlərdən 25-30 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış Naxçıvan şəhər sakini Razi Quliyev və V.Bayramov isə xəstəxanaya yerləşdirilmişlər. Saat 18:30 radələrində, Azadlıq prospektində, Bakı şəhər sakini Emin Bədəlov "VAZ-2106" markalı avtomaşını idarə edərkən, Sabunçu qəsəbə sakini Hökumə Quliyevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H.Quliyeva orada ölmüşdür.