Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 32 cinayət faktı qeydə alınmışdır

13.10.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmış, onların da 27-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.
  • 3 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 38 nəfər tutulmuşdur.